Azərbaycan prezidenti almaniyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti almaniyalı həmkarını təbrik edib
# 02 oktyabr 2013 15:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauka təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi birləşdirən dostluq əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb.

İnanıram ki, ikitərəfli qaydada əməkdaşlığımızı, eləcə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə işimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR