«Ekonomist» analitik jurnalının yeni sayı çapdan çıxıb

«Ekonomist» analitik jurnalının yeni sayı çapdan çıxıb
# 03 dekabr 2013 07:10 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, jurnalın bu sayında Azərbaycanda neft sektorunda iqtisadi geriləmənin sona çatması, kommersiya bankları üçün məcmu kapitalının minimumu ilə bağlı tələbnamənin artırılması müddətinin daha uzadılması, bank sektorunda korporativ müştərilərin sayının azalması barədə analitik məqalələr, Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin direktorunun müavini ilə müsahibə, rekrutinq sahəsinin monitorinqi və digər maraqlı materiallar yer alıb.


Qeyd edək ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 44 buraxılışı işıq üzü görüb. «Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

«Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR