Azərbaycan prezidenti: “Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib”

Azərbaycan prezidenti: “Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib”
# 12 may 2014 09:17 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu Fransa prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Fransa ilə enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardıqlarını söyləyən prezident İlham Əliyev deyib ki, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması üçün həyata keçirilən enerji layihələrinin dəyəri 45 milyard dollardır: “Azərbaycan Xəzər hövzəsində enerji resurslarının Avropa və dünya bazarlarına çıxarılmasında lider rolunu oynayır. Enerji milli təhlükəsizlik məsələsinə çevrilib. Həyata keçirdiyimiz layihələr Avropanın enerji xəritəsini böyük ölçüdə dəyişdirib”.

Prezident İlham Əliyev səfərin iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR