ABŞ Ukraynanın AB ilə assosiasiya sazişi üzrə qərarından məyus olub

ABŞ Ukraynanın AB ilə assosiasiya sazişi üzrə qərarından məyus olub
# 22 noyabr 2013 03:55 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

“ABŞ Avropa Birliyi kimi Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya və ticarət sazişinin imzalanmasına hazırlığının dayandırılması qərarından məyus olub”, deyə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Vaşinqton Avropa Birliyinə “Ukrayna üçün qapıları açıq saxlamağı” tövsiyə edərək AB-nin Kiyevə “tarixi fürsət” yaratdığını qeyd edib.

“ABŞ əmindir ki, Ukraynanın Avropaya inteqrasiyası – ölkəni iqtisadi çiçəklənmə və demokratiyaya aparan ən yaxşı yoldur”, deyə Dövlət Departamenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR