Kamran İmanov: “Azərbaycanda piratçılığın səviyyəsi düşüb”

Kamran İmanov: “Azərbaycanda piratçılığın səviyyəsi düşüb”
# 25 dekabr 2013 08:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, müəlliflərin, digər hüquq sahiblərinin, aspirantların, ictimai birliklərin və müəllif-hüquq məsələləri ilə maraqlanan bütün şəxslərin sorğularını operativ şəkildə cavablandırmaq və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməkliyin göstərilməsini sürətləndirmək məqsədi ilə 960 nömrəli "Qaynar xətt" açılıb. K.İmanov qeyd edib ki, agentlikdə fəaliyyət göstərən "Qaynar xətt"ə 2013-cü ilin ötən dövrü ərzində 600-dən çox müraciət daxil olub və onların hər biri üzrə müvafiq tədbirlər görülüb.

Agentlik sədri əlavə edib ki, son 10 ildə müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan "kreativ iqtisadiyyatın" ÜDM-dəki payı 2003-cü ildəki 2,1 faizdən 2012-ci ildə 4,5 faizə çatıb və hazırda inkişaf edən ölkələr səviyyəsindədir: “Əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları dünyada 69-cu yeri tutaraq Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə, Ukraynanı isə 64 pillə üstələyir. Ümumiyyətlə, son illərin hesabatlarında Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR