Azərbaycan hərbçiləri NATO və bir sıra ölkələrlə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərə qatılacaqlar

Azərbaycan hərbçiləri NATO və bir sıra ölkələrlə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərə qatılacaqlar
# 13 sentyabr 2013 07:00 (UTC +04:00)

Bakı-APA. Azərbaycanla NATO arasında imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı və ikitərəfli əməldaşlıq proqramları əsasında bir sıra tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Çavuşlar üçün təlim kursu” keçiriləcək. Tədbir sentyabrın 16-dan 20-dək davam edəcək.

Müstəsna iqtisadi zonanın mühafizəsi üzrə zabitlər üçün kursu isə 16 sentyabr - 9 noyabr tarixlərində Kollinqvudda (Böyük Britaniya) baş tutacaq.

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, İstanbulda sentyabrın 16-dan noyabrın 3-dək Donanma təcrübəsi olacaq.

Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq planına əsasən isə 16 sentyabr – 5 dekabr tarixində “Təkmilləşdirilmiş ingilis dili” kursu Novo Qoritsada (Sloveniya) keçiriləcək.

Ştrausberqdə (AFR) “Silahlı Qüvvələr demokratiyada” mövzusunda seminar isə 16-20 sentyabr tarixlərində Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən baş tutacaq. Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, həmçinin Kil şəhərində (AFR) 23-27 sentyabrda Hərbi limanın inşası üzrə təcrübə mübadiləsi olacaq.

Bu proqrama əsasən, Bakıda 24-25 sentyabrda Hərbi hüquq üzrə ekspert danışıqlarının keçirilməsi gözlənilir.

Azərbaycan-Tacikistan hərbi əməkdaşlıq planı üzrə Tacikistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətinin hərbi təhsil sistemi, Tacikistan kursantlarının təhsilinin gedişi, hərbi intizamı və yaşayış şəraiti ilə tanışlıq məqsədilə Azərbaycana səfəri 18-19 sentyabr tarixində gerçəkləşəcək.

Azərbaycan-ABŞ iş planına əsasən, Belqradda (Serbiya) sentyabrın 18-dən 20-dək 2-ci regional hərbi tibbi konfransı olacaq.

Palana əsasən, 24-27 sentyabr tarixlərində 6-ci illik beynəlxalq hüquq konfransı isə Sofiyada (Bolqarıstan) baş tutacaq.

Bundan başqa, plana üzrə Bakıda sentyabrın 23-27-də “Eternity 2013” kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək.

Bundan başqa, Azərbaycan hərbçiləri Ankarada “Taktiki səviyyədə hərbi-mülki əməkdaşlıq (CİMİC)” kursunda (23.09-04.10.2013), Souda Bayda (Yunanıstan) Hərbi dəniz əməliyyatları üzrə terminologiya kursunda (23.09-04.10.2013), Oberamerdə (AFR) NATO sülhün dəstəklənməsi əməliyyatları üzrə kursda (30.09-04.10.2013) iştirak edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR