Səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 66-cı və Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü sessiyalarında iştirak edib

Səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 66-cı və Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü sessiyalarında iştirak edib
# 05 iyun 2013 16:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 66-cı və Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü sessiyalarında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 66-cı sessiyada çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış edib.

Baş direktor öz məruzəsində təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, yeni təzahür edən infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, geniş masştablı immunizasiya tədbirlərindən, Minilliyin inkişaf məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, AİDS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən, habelə üzv ölkələrin səhiyyə və sosial sferaya maliyyə yatırımlarından və bunun müstəsna əhəmiyyətindən söz açıb. İlkin plenar müşavirələrdən sonra Assambleya öz işini Komitələrdə Komitələrində davam etdirib.

Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının keçirildiyi tarixlərdə Azərbaycan nümayəndə heyəti ÜST baş direktoru və Direktorun Katibliyi ilə, Belarus, Əfqanıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Maltanın səhiyyə nazirləri ilə, ÜST Avropa regional direktoru və ÜST baş direktoru Marqaret Çan ilə işçi görüşlər keçirilib. Görüşlərdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə tibbi kadrların diplomdan sonrakı hazırlığı üzrə əlaqələrin davam etdirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Assambleyasının 66-ci sessiyasında infeksion xəstəliklərə qarşı mübarizə, qeyri infeksion xəstəliklər, malyariya, psixi sağlamlıq strategiyası, epidemioloji nəzarətə dair çıxışlar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR