Türkiyə TANAP layihəsində payını artırmaq istəyir

Türkiyə TANAP layihəsində payını artırmaq istəyir
# 10 dekabr 2013 10:23 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında artıq danışıqlar gedir: «Bütün tərəflər paylarını artırmaq istəyir. Ola bilsin ki, onların payı bugünkü 20%-dən bir az çox olsun».

R.Abdullayev bildirib ki, bunu müəyyən qədər «Statoil» və «Total» şirkətlərinin hazırkı payları hesabına etmək mümkün olacaq.

Qeyd edək ki, hazırda TANAP layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin iştirak payı 80%, Türkiyənin payı isə 20%-dir. Lakin Azərbaycan öz payından 29%-ni BP (12%), «Statoil» (12%) və «Total» (5%) şirkətlərinə təqdim etmək niyyətindədir.

Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2014-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk kəmərin nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR