Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,3% yüksəlib
# 16 may 2013 06:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 276 bəndədək, S&P 500 0,5% - 1 659 bəndədək, Nasdaq 0,3% - 3 472 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi ölkədə sənaye istehsalının apreldə 0,5%, istehsalçı qiymətlərinin 0,7% azalması barədə məlumatlar fonunda baş verib. Bəzi ekspertlərin fikrincə, belə zəif makroiqtisadi göstəricilər Federal Ehtiyat Sistemini iqtisadiyyata dəstək proqramını davam etdirməyə məcbur edəcək.

Avropa fond bazarlarında mayın 15-də FTSE 100 indeksi 0,1% - 6 694 bəndədək, Almaniya DAX-ı 0,3% - 8 362 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 982 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 391,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2872 (-0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR