Rezidenturaya qəbula hazırlaşan namizədlər üçün sınaq imtahanına yazılış başlayıb

Rezidenturaya qəbula hazırlaşan namizədlər üçün sınaq imtahanına yazılış başlayıb
# 06 avqust 2013 09:38 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gündən rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlər üçün sınaq imtahanına yazılış başlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə aparılır və imtahan keçiriləcək həftənin cümə axşamı günü səhər saat 10:00-da dayandırılır. Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və imtahana buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində TQDK-ya təqdim edilməsi zəruridir.

İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına icazə verilmir.

Sınaq imtahanlarında əldə edilən nəticələr qəbulda hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Bundan başqa imtahan verən şəxslər mobil operator vasitəsilə də sınaq imtahanı nəticələrini SMS vəsitəsilə öyrənə bilərlər. Bunun üçün iş nömrəsi SMS-lə 7727-yə göndərilməlidir.

Məlumat da o da qeyd olunub ki, rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı iki mərhələdə avqust ayının 17 və 18-də Bakı şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR