Pakistanda dəfn mərasimində törədilmiş partlayış azı 29 nəfərin həyatına son qoyub

Pakistanda dəfn mərasimində törədilmiş partlayış azı 29 nəfərin həyatına son qoyub
# 08 avqust 2013 20:47 (UTC +04:00)

Bakı-APA. Pakistanın cənub-şərqindəki Kvetta şəhərində baş vermiş partlayış nəticəsində ən azı 29 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti silahlılar tərəfindən qətlə yetirilmiş polis əməkdaşının dəfninə gəlmiş həmkarları olub.

Yerli polisin məlumatına görə, terrorçu kamikadze partlayıcı qurğunu dəfn mərasimi başlayan an işə salıb.

Ölənlər arasında Belucistan əyalətində əməliyyatlar həyata keçirən polis dəstəsinin rəhbərinin də olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR