Bakıda yol polisi qəzaya uğrayıb

Bakıda yol polisi qəzaya uğrayıb
# 31 mart 2014 07:26 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azadlıq meydanında qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin polis serjantı Seymur Möhübbət oğlu Abbasovun idarə etdiyi 10 YP 429 dövlət nömrə nişanlı BMW markalı xidməti avtomobili yol kənarında olan maneəyə çırpılıb.

Qəza nəticəsində S.Abbasov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR