Aeroport yolunun təmirə bağlanması təxirə salınıb - YENİLƏNİB

Aeroport yolunun təmirə bağlanması təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB
# 24 iyun 2014 09:04 (UTC +04:00)

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, güclü küləklə əlaqədar olaraq Heydər Əliyev prospektinin Hava limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində yol cizgiləri xətlərinin, riyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri 25.06.2014 tarixinə təxirə salınıb.

***

10.41

Bakı. Hafiz Heydərov – APA. Aerorort yolu təmirə bağlanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, riyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Heydər Əliyev rrosrektinin Hava Limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə (Hava Limanı yol qovşağından Suraxanı yol qovşağına qədər və Sabunçu yol qovşağından Böyükşor yol qovşağına qədər qismən, Suraxanı yol qovşağından Sabunçu yol qovşağına qədər tam) məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR