Əli Əhmədov Vyetnam Milli Məclisinin sədr müavinini qəbul edib - APA TV

Əli Əhmədov Vyetnam Milli Məclisinin sədr müavinini qəbul edib - <span style="color: red;">APA TV
# 28 iyun 2013 12:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün partiyanın sədr müavini - icra katibi, deputat Əli Əhmədov Bakıda səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini, Kommunist Partiyası Mərkəzi Komitənin üzvü Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Ə.Əhmədov qeyd edib ki, Azərbaycanla Vyetnam arasında isti münasibətlər var. O, bundan sonra da əlaqələrin gücləndirilməsinin vacibliyini deyib. Ə.Əhmədov həmçinin təhsil sahəsində də iki ölkə arasında səmərəli mübadilənin olduğunu diqqətə çatdırıb.

Uonq Çu Lu isə bildirib ki, ötən illər ərzində Azərbaycanda mühüm irəliləyişlər baş verib.

Qonaq təmsil etdiyi partiyanın iki ölkənin hakim partiyaları, eyni zamanda xalqları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Uonq Çu Lu eyni zamanda iki ölkənin hakim partiyaları arasında təcrübə və fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb: “İki partiya arasında əlaqələrin gücləndirilməsi eyni zamanda iki ölkənin xalqları arasında da münasibətlərin genişlənməsinə öz töhfəsini verir”. O, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və Ə.Əhmədovu Vyetnama səfər etməyə dəvət edib.

Görüş mətbuata qapalı davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR