Qahirədə keçmiş prezident Məhəmməd Mursinin tərəfdarları jurnalistlərə hücum edib

Qahirədə keçmiş prezident Məhəmməd Mursinin tərəfdarları jurnalistlərə hücum edib
# 04 noyabr 2013 12:00 (UTC +04:00)

Bakı – APA. Misir paytaxtı Qahirədə keçmiş prezident Məhəmməd Mursinin tərəfdarları jurnalistlərə hücum edib.

APA-nın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, M.Mursinin məhkəməsi keçirilən Polis Akademiyası yanında toplaşan eks-prezidentin tərəfdarlarının hücumundan sonra prosesi canlı efirdə yayımlayan bir neçə jurnalist ərazini tərk etməyə məcbur olub.

Məhkəməyə sədrlik edən hakim isə mitinq iştirakçılarının qətlində ittiham olunan M.Mursinin saxlanılan şəxslər üçün nəzərdə tutulan paltarı geyməkdən imtina etməsinə görə prosesi müəyyən vaxta saxlamağa məcburiyyətində qalıb. Hakim onun xüsusi paltarı geyinməsinədək prosesin davam etməyəcəyini bildirib.

Qeyd edək ki, eks-prezident və onun təmsil etdiyi “Müsəlman Qardaşları” partiyasının bir neçə yüksək vəzifəli şəxsi ötən ilin dekabr ayında baş verən mitinqlər zamanı aksiya iştirakçılarını qətlə yetirməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR