İsrail Qəzza zolağına hava zərbəsi endirib

İsrail Qəzza zolağına hava zərbəsi endirib
# 06 aprel 2014 04:25 (UTC +04:00)

Bakı-APA. İsrailin döyüş təyyarələri Qəzza zolağında “HƏMAS” hərəkatının bir neçə bazasına zərbələr endirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Fələstin Təhlükəsizlik Xidmətinin məlumatına görə, hücum nəticəsində böyük hərbi təlim düşərgəsi də daxil olmaqla Qəza zolağının şimal və cənub hissəsində 5 rayona zərər dəyib.

Zərbələr nəticəsində ölən və yaralıların olmadığı bildirilir. Hava zərbəsinin Qəzza zolağından bir neçə saat əvvəl İsrailə buraxılan raket atəşinə cavab olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR