ARDNF MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edib

ARDNF MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edib
# 02 iyul 2014 13:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Meksikanın paytaxtı Mexiko şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilir.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) “APA-Economics”ə verilən məlumata görə, MHŞT üzrə hökumət komissiyasının sədri, İdarə Heyətinin üzvü, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və onun tamhüquqlu üzvü statusunu alan ilk təşəbbüs ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR