“Elm haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

“Elm haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır
# 17 may 2013 09:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu MM-in Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlər açıqlamasında deyib.

Onun sözlərinə görə, qanun layihəsi MM-in iyun ayında keçiriləcək plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq: “Artıq qanun layihəsi bütün təşkilatlara göndərilib. Qanunun qəbulunda maraqlı olan bütün təşkilatlar, o cümlədən AMEA öz rəy və təkliflərini bildirib. Hazırda həmin təkliflər üzərində iş gedir. Bütün bunlar onu deməyə əsas verir ki, müzakirələr uğurla keçəcək”.

Komitə sədrinin sözlərinə görə, qanunda doktorantlara və magistrlərə möhlət hüququnun verilməsi nəzərdə tutulur: “Ümumiyyətlə, elmin və elmi işçilərin həvəsləndirilməsi üçün qanunda sanballı maddələr nəzərdə tutulub. Bu maddələr əmək haqqının artırılması, gənc kadrların elmə cəlbi, elmi tədqiqatların aparılması və nəticələrin tətbiqi, Azərbaycan elminin ölkə hüdudlarından kənarda təbliği ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR