Penitensiar Xidmətin əməkdaşlarına peşə hazırlığı məşğələsi keçirilib

Penitensiar Xidmətin əməkdaşlarına peşə hazırlığı məşğələsi keçirilib
# 25 sentyabr 2013 16:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları ilə peşə hazırlığı məşğələsi keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, peşə hazırlığı məşğələsi HİV/AİDS və ondan qorunma mövzusuna həsr edilib.

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin mütəxəssisləri tərəfindən aparılan məşğələdə Qazanılmış İmmun Çatışmazlığı virusu, virusun əmələ gətirdiyi xəstəliyin əlamətləri, xidmət əməkdaşlarının çalışdığı sahə ilə bağlı yoluxma ehtimalları və eləcə də “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun tətbiqi ilə bağlı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR