Mədət Quliyev: “Avropa Pentensiar Xidməti rəhbərlərinin müşavirəsində Azərbaycanın Cəzaçəkmə müəssisələrindəki şəraitə yaxşı mənada təəccübləndilər”

Mədət Quliyev: “Avropa Pentensiar Xidməti rəhbərlərinin müşavirəsində Azərbaycanın Cəzaçəkmə müəssisələrindəki şəraitə yaxşı mənada təəccübləndilər”
# 20 yanvar 2014 08:35 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib.

M. Quliyev bildirib ki, tikilməsi nəzərdə tutulan 10 yeni Cəzaçəkmə Müəssisəsindən 3-ü artıq istifadəyə verilib: “Gəncə, Kürdəmir və Lənkəranda da yeni Cəzaçəkmə müəssisələri inşa olunur. Mən Belçikada Avropa Pentensiar Xidməti rəhbərlərinin müşavirəsində iştirak etdim. Hətta orada da Azərbaycanda olan Cəzaçəkmə Müəssisələrindəki şəraitə yaxşı mənada təəccübləndilər”.

M. Quliyev onu da qeyd edib ki, paytaxtda sıxlıq olduğundan Cəzaçəkmə müəssisələri kənara köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR