İran və Böyük Britaniyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Böyük Britaniyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
# 22 yanvar 2014 10:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Böyük Britaniyanın xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Uilyam Heyq əsasən Suriya böhranı, nüvə müzakirələri və Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Planının icraya yönəlməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Hər iki nazir İran və Böyük Britaniya əlaqələrinin inkişaf etdirilməsi üçün qarşılıqlı addımların atılmasının vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin İran nüvə məsələsində yekun razılaşmanın əldə olunması üçün ətraflı çıxış yollarının axtarılması məqsədilə müzakirələrin başlanmasının zəruriliyini də məqsədəuyğun sayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR