NATO Baltik və Aralıq dənizlərinə gəmilər göndərir, Şərqi Avropanın hava məkanına nəzarəti gücləndirir

NATO Baltik və Aralıq dənizlərinə gəmilər göndərir, Şərqi Avropanın hava məkanına nəzarəti gücləndirir
# 16 aprel 2014 14:06 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibi Anders Foq Rasmussen alyansın Brüsseldəki iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Alyansın hərbi gəmiləri hara lazım gəlsə, ora da göndəriləcək. Bu tədbirlər dərhal həyata keçiriləcək”, - deyə o vurğulayıb.

Bununla yanaşı Rasmussen qeyd edib ki, NATO hələlik Şərqi Avropa ölkələrində daimi hərbi bazaların yerləşdirilməsi haqda qərar verməyib.

“Lakin bu istiqamətdə gələcəkdə iş görüləcək”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR