ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Ukraynada yaranmış vəziyyət müzakirə olunacaq

ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Ukraynada yaranmış vəziyyət müzakirə olunacaq
# 13 may 2014 14:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçiriləcək 23-cü illik yay sessiyasının gündəliyinə Ukrayna məsələsi də daxil edilib. Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, sessiyada Ukraynadakı mövcud durum müzakirə olunacaq və bununla bağlı rəsmi sənəd qəbul ediləcək: “Sənədin hansı mahiyyət daşıyacağını isə indidən söyləmək çətindir. Bu, müzakirələrin nəticəsindən asılı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR