Azərbaycanda ağır yol qəzası baş verib

Azərbaycanda ağır yol qəzası baş verib
# 13 iyun 2014 10:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Abşeron rayonunda yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 12-də saat 20 radələrində Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində qəsəbə sakini Yaşar Əlicanovun idarə etdiyi “Nissan” və Şirvan şəhər sakini Samir Həsənovun idarə etdiyi “Howo” markalı avtomobillər toqquşub. Y.Əlicanov və sərnişinləri, həmyerliləri Ağamirzə Əlicanov və Məmmədbağır Bağırzadə xəstəxanaya yerləşdirilib, M. Bağırzadə orada dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR