Mənuçöhr Möttəki: “Qərb İranın nüvə proqramını siyasiləşdirməkdən imtina etməlidir”

Mənuçöhr Möttəki: “Qərb İranın nüvə proqramını siyasiləşdirməkdən imtina etməlidir”
# 04 sentyabr 2013 11:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Artıq Qərb İranın nüvə proqramına siyasi məsələ kimi yanaşmaq mövqeyindən imtina etməlidir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın keçmiş xarici işlər naziri Mənuçöhr Mottəki bildirib.

Onun sözlərinə görə, İranda iqtidara gələn Həsən Ruhani hökuməti mötədil və mülayim siyasəti əsas xətt kimi götürüb: “Bu da Qərb üçün bir fürsətdir və bundan faydalanmaları lazımdır”.

M.Mottəki deyib ki, İranla “altılıq” ölkələri arasında davam etdirilən nüvə müzakirələrində razılıq əldə olunmasının yolu rəsmi Tehranın mənafeyinin nəzərə alınması, balansın təmin edilməsi və narahatlığın aradan qaldırılmasından keçir: “Balansın təmin edilməsi üçün iki yol var. Birincisi, İranın nüvə faylının siyasiləşdirilməsinə son verilməli, ikincisi isə məsələnin həlli istiqamətində siyasi iradə yaradılmalıdır”.

İran XİN-in sabiq rəhbəri Orta Şərq bölgəsində baş verən hadisələrə də toxunub: “Dünya ölkələrinin xarici işlər nazirləri və diplomatları Orta Şərq məsələləri ilə bağlı dəqiq məlumat əldə etmədən qlobal problemləri həll edə bilməzlər. Suriya xalqının həqiqi tələbinin ölkədə demokratiyanın bərqərar edilməsi və xarici qüvvələrin bu ölkənin daxili işlərinə müdaxiləsinə son verilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR