Səhiyyə Nazirliyi özəl tibb xidmətləri və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı ilə bağlı yeni xidmətə başlayıb

Səhiyyə Nazirliyi özəl tibb xidmətləri və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı ilə bağlı yeni xidmətə başlayıb
# 24 iyun 2013 07:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Səhiyyə Nazirliyi özəl tibb xidmətləri və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına dair elan yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərmanına əsasən, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam edilməsinə rəy verilməsi ilə bağlı sənədlərin qəbulu başlayıb. Sənədlərin qəbulu hər həftənin III günü, saat 10:00 -13:00 həyata keçirilir.

Təqdim olunacaq sənədlərin siyahısı və digər məlumatlarla daha ətraflı Səhiyyə Nazirliyinin www.health.gov.az rəsmi internet səhifəsindəki “Səhiyyədə özəl sektor” bölməsində tanış olmaq olar. Məlumat üçün əlaqə nömrəsi: (012) 565 12 07

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR