Avropa Parlamentinin üzvləri İrana səfər edəcək

 Avropa Parlamentinin üzvləri İrana səfər edəcək
# 19 oktyabr 2013 10:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Parlamentinin bir qrup üzvü İrana səfər edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxülislam açıqlama verib. Onun sözlərinə görə, Avropa Parlamentinin üç nəfərdən ibarət nümayəndə heyətinə Hans Svoboda rəhbərlik edir: “Səfər 4 gün davam edəcək. Bu müddət ərzində avroparlamentarilər İran parlamentinin sədri Əli Laricani, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi ilə görüşəcəklər. Görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR