Tiflisdə “Qafqazda işgəncələrin qarşısının alınması şəbəkəsi” layihəsinin təqdimatı keçirilib - FOTOSESSİYA

Tiflisdə “Qafqazda işgəncələrin qarşısının alınması şəbəkəsi” layihəsinin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2013 02:43 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 31-də Gürcüstan paytaxtında “Qafqazda işgəncələrin qarşısının alınması şəbəkəsi” layihəsinin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat Gürcüstanda fəaliyyət göstərən “Empatiya” Mərkəzinin təşkilatçılığı və Avropa Birliyinin (AB) maliyyə dəstəyi ilə keçirilib. Tədbirdə Azərbaycanı Həkimlər Assosiasiyası və Azərbaycan Tibb Universitetindən iki nəfər nümayəndə təmsil edib. Tədbiri AB-nin Gürcüstandakı nümayəndəliyinin əməkdaşı, layihə meneceri Eva Pastrana açaraq bu layihə üçün Avropa Birliyinin 1 milyon 250 min avro vəsait ayırdığını bildirib. O, qeyd edib ki, layihə “Empatiya” Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ilin avqust ayından fəaliyyətə başlayıb və 2016-cı ilədək davam edəcək.


Tədbirdə Avropa Komissiyasının Gürcüstandakı nümayəndə heyətinin birinci məsləhətçisi Boris Yaroçeviç, ABŞ-ın Vətəndaş İnkişaf Agentliyinin Qafqaz üzrə missiyasının direktoru Stefen Heiq, Cənubi Qafqazda İnsan Haqları Müdafiəsi üzrə qrupun nümayəndəsi Bessarion Boxaşvili, Gürcüstanın baş nazirinin İnsan Haqları üzrə Müdafiəsi üzrə köməkçisi, ekspert Tamar Çuqoşvili, Gürcüstanın Cəzaların icrası və Probasiya və Hüquqi Yardım naziri Sozar Subari, Azərbaycan Tibb Universitetinin psixologiya kafedrasının əməkdaşı Gülay Məmmədzadə və başqaları çıxış edib. Çıxış edənlər Şimali və Cənubi Qafqaz ölkələrindəki həbsxanalarda baş verən işgəncələr barədə öz fikirlərini bildirib və layihə çərçivəsində işgəncələrin qarşısının alınması istiqamətində təbliğatın gücləndirilməsi, qaynar xəttin yaradılması, vəkillərin araşdırma aparması, sosial, hüquqi və tibbi yardım edilməsi, treninqlərin keçirilməsi, həyata keçirilən inkişaf proqramlarının Avropa standartlarına uyğun olmasının vacibliyini vurğulayıblar.
Diskussiya şəraitində davam edən tədbirdə layihənin tərəfdaşları olan Çeçenistan, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri çıxış ediblər. Sonra tədbir iştirakçıları qeyri-hökumət təşkilat rəhbərlərinin suallarını cavablandırıblar.


Layihənin təqdimatı zamanı foyedə qaçqın və məhbusların əl işlərindən ibarət sərginin nümayişi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR