Gəncə sakini dərmandan zəhərlənib

Gəncə sakini dərmandan zəhərlənib
# 28 noyabr 2013 15:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə ağrılara dözməyib dərman içən qadın zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1979-cu il təvəllüdlü Fatma Babayeva ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxilə nəticəsində qadının həyatını xilas etmək mümkün olsa da, vəziyyətinin orta ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, F.Babayeva bədənində və başında yaranan ağrıları sakitləşmək üçün bir neçə ədəd dərman preparatı içib və zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR