Kiyevdə etirazçılarla polis əməkdaşları arasında anlaşma əldə edilib

Kiyevdə etirazçılarla polis əməkdaşları arasında anlaşma əldə edilib
# 23 yanvar 2014 12:11 (UTC +04:00)

Bakı – APA. Kiyevdə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında anlaşma əldə edilib.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, tərəflər yerli vaxtla saat 20.00-dək hər hansı addım atmayacaq.

Anlaşmanın əldə edilməsi UDAR partiyasının lideri Vitali Kliçkonun xahişindən sonra mümkün olub. Kliçko bildirib ki, müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə danışıqları bitən kimi o, nəticələr barədə aksiya iştirakçılarına məlumat verəcək.

Anlaşmadan sonra etirazçılar olan yerdən polis əməkdaşlarına daş atılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR