Azərbaycanda ehtiyatda olan zabitlər şərti “həyəcan” siqnalı ilə səfərbər olunacaqlar - EKSKLÜZİV - VİDEO

Azərbaycanda ehtiyatda olan zabitlər şərti “həyəcan” siqnalı ilə səfərbər olunacaqlar - <span style="color: red;">EKSKLÜZİV  - <span style="color: red;">VİDEO
# 12 mart 2014 09:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda ehtiyatda olan kiçik zabitlərin siyahısı dəqiqləşdirilir.

APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rayon şöbələri tərəfindən ehtiyatda olan kiçik zabitlər çağırılaraq onların qeydiyyatda olduqları rayonlarda yaşayıb yaşamadığı müəyyənləşdirilir, həmçinin uçot sənədlərində dəqiqləşdirmələr aparılır.

APA-nın öz hərbi mənbələrindən əldə etdiyi eksklüziv məlumata görə, dəqiqləşmələr yekunlaşdıqdan sonra SHÇDX, Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə ehtiyatda olan zabitlərin toplanışını keçirəcək.

Ümumrespublika səviyyəli toplanışda ehtiyatda olan zabitlər şərti «həyəcan» siqnalı ilə qeydiyyatda olduqları SHÇDX şöbələrinə çağırılacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR