Azərbaycan prezidenti argentinalı həmkarını təbrik edib

Azərbaycan prezidenti argentinalı həmkarını təbrik edib
# 24 may 2014 15:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Argentina Respublikasının prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım prezident, Argentina Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətində atdığımız addımlar dostluq əlaqələrimizin möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə bundan sonra da mühüm töhfələr verəcək. Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına daim sülh və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR