Bakıda kənd təsərrüfatı üzrə beynəlxalq tədbir keçiriləcək

Bakıda kənd təsərrüfatı üzrə beynəlxalq tədbir keçiriləcək
# 27 noyabr 2013 10:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhərində Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) Himayədarlar Şurasının 53-cü toplantısı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 30-dan dekabrın 4-dək keçiriləcək toplantıda ICARDA Himayədarlar Şurasının üzvləri, proqram rəhbərləri, Mərkəzi və Cənubi Qafqaz ölkələrinin milli kənd təsərrüfatı tədqiqatı sisteminin rəhbərləri və onları müşayiət edən şəxslər olmaqla, dünyanın 30-dək ölkəsindən 70-ə yaxın şəxs iştirak edəcək.

Məlumata görə, toplantıda ICARDA-nın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədqiqat proqramlarının icrası, xüsusilə kənd təsərrüfatı tədqiqatlarında beynəlxalq əməkdaşlığın vəziyyəti, iqlim dəyişkənliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, kənd təsərrüfatı siyasəti və beynəlxalq bazarlar, biomüxtəliflik və inteqrasiya edilmiş gen idarəçiliyi, heyvandarlıq, balıqçılıq, ekosistemin qorunması və s. sahələrdə icra etdiyi proqramların nəticələri, habelə növbəti illər üçün ICARDA-nın tədqiqat və investisiya planları müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR