Azərbaycanın xarici işlər naziri Şri Lankanın neft sənayesi naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Şri Lankanın neft sənayesi naziri ilə görüşüb
# 08 may 2013 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankaya səfəri çərçivəsində bu ölkənin neft sənayesi naziri Anura Priyadharşana Yapa ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib. Şri Lankalı nazir ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə eyni zamanda Azərbaycanın neft və qaz sənayesi sahəsində mütəxəssislərin hazırlanması işində zəngin təcrübəyə malik olması vurğulanıb. E.Məmmədyarov bildirib ki, hələ SSRİ dövründə dünyanın bir sıra ölkələrindən olan tələbələr və mütəxəssislər Azərbaycanın müxtəlif təhsil müəssisələrində təhsil almış və təlim keçib. O, Şri Lanka mütəxəssislərini Azərbaycanın bu sahədə zəngin təcrübəsindən faydalanmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR