Xaricdəki Azərbaycan vətəndaşları üçün seçki bülletenlərinin çapına başlanıb

Xaricdəki Azərbaycan vətəndaşları üçün seçki bülletenlərinin çapına başlanıb
# 01 oktyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün seçki bülletenlərinin hazırlanmasına başlanıb. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qalib Orucov bildirib ki, 15-16-17-ci Yasamal seçki dairələri üzrə xarici ölkələrdəki Azərbaycan səfirlikləri və konsulluqlarında yaradılan seçki məntəqələrində prezident seçkilərinin qanunun tələblərinə uyğun şəkildə keçirilməsi üçün bülletenlərin çapına start verilib. O, bülletenlərin mərhələli şəkildə adı çəkilən DSK-lar vasitəsilə xaricdəki seçki məntəqələrinə təhlükəsizlik tələblərinə tam riayət etməklə təhvil veriləcəyini söyləyib.

Qeyd edək ki, ümumən oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar 5 milyon 149 min 255 ədəd bülleten çap olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR