Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti Azərbaycanda «Şahdəniz-2» layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını hazırlayıb və tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ƏMSSTQ sənədinin asanlıqla əldə edilə bilməsi üçün layihə variantının nüsxələri ictimai yerlərdə, o cümlədən bir sıra kitabxanalarda yerləşdirilib. Bundan əlavə, həmin sənədə tədqiqatların qeyri-texniki aspektlərini əhatə edən qısa xülasə və sənədin ictimaiyyətə təqdim olunduğu müddət ərzində Ə
ƏMSSTQ sənədində ətraf mühitin və sosial sahənin mövcud vəziyyəti, planlaşdırılan obyektlərin layihəsi, inşası və istismarı, gələcək fəaliyyətlərin proqnozlaşdırılmış təsirləri, həmçinin ətraf mühitə və əhaliyə hər hansı potensial əks təsirlərin qarşısının alınması, minimuma endirilməsi və azaldılması üçün görüləcək tədbirlər təsvir olunur.
Qeyd edək ki, «BP-Azerbaijan» şirkəti «Şahdəniz» qaz kondensat yatağının işlənməsi layihəsinin operatorudur.