İsveçin Azərbaycandakı səfirliyinin açılışı bu ilin sonunda baş tutacaq

İsveçin Azərbaycandakı səfirliyinin açılışı bu ilin sonunda baş tutacaq
# 23 oktyabr 2013 11:50 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İsveçin Azərbaycandakı səfirliyinin açılışı çox güman ki, bu ilin sonunda baş tutacaq.

İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson APA-ya açıqlamasında deyib ki, hazırda diplomatik nümayəndəliyin açılışının praktiki məsələləri nəzərdən keçirilir.

Səfirliyin texniki aspektləri barədə danışan səfir deyib ki, bununla bağlı Bakıda fəaliyyət göstərən digər ölkələrin səfirlikləri ilə danışıqlar gedir: “Bu danışıqlar hələlik bitməyib”.

M.Eriksson qeyd edib ki, səfirlik Bakını mərkəzi hissəsində yerləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR