Qəbələdə maşın ağaca çırpılıb, sürücü ölüb - VİDEO

Qəbələdə maşın ağaca çırpılıb, sürücü ölüb - <span style="color: red;">VİDEO
# 08 dekabr 2013 18:10 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 18:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 79-cu kilometrliyində, Qəbələ rayonu ərazisində qeydə alınıb.

Qəbələ rayonunun Xırxatala kənd sakini, 1969-cu il təvəllüdlü Alıcanov İmran Fərman oğlunun idarə etdiyi 36-BD-70 dövlət nömrə nişanlı “VAZ-21102” markalı minik maşını yoldan çıxaraq palıd ağacına çırpılıb. Qəza zamanı sürücü İmran Alıcanov dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR