Rusiya İctimai Palatasının sədri Azay Quliyevin məktubunu cavablandırıb

Rusiya İctimai Palatasının sədri Azay Quliyevin məktubunu cavablandırıb
# 31 oktyabr 2013 10:34 (UTC +04:00)

Bakı - APA. Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixov Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin Orxan Zeynalovun həbsi ilə bağlı müraciətini cavablandırıb.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cavab məktubunda bildirilir ki, Rusiya ictimaiyyəti Orxan Zeynalovun həbsi ətrafında yaranmış vəziyyətdən çox narahatdır.

Bununla əlaqədar İctimai Palata Rusiyanın daxili işlər naziri V.A.Kolokoltsevə və baş prokuror Y.Y.Çaykaya müraciət edib. Y.Velixov qeyd edib ki, bu hadisə yalnız Azərbaycana yönəlik deyil, ümumilikdə Rusiyada olan miqrasiya probleminin təzahürüdür. İctimai Palata hazırda istintaqla bağlı vəziyyəti nəzarət altında saxladığını və prosesin gedişatı ilə bağlı Şuranı gələcəkdə də məlumatlandıracağını bildirib.

Qeyd edək ki, Azay Quliyev Moskvada Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya İctimai Palatasının sədri Yevgeni Velixova məktub göndərib. Müraciətdə məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə çıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulması və zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR