Mişel Platini: “İlham Əliyev istəyir ki, Azərbaycan dünya çempionu olsun”

Mişel Platini: “İlham Əliyev istəyir ki, Azərbaycan dünya çempionu olsun”
# 21 sentyabr 2013 09:37 (UTC +04:00)

Tədbirdən öncə jurnalistlərin suallarını cavablandıran M. Platini Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü deyib. UEFA rəhbəri Azərbaycan prezidentinin futbolu sevən insan olduğunu söyləyib: “O, mənim vaxtilə yaxşı futbolçu olduğumu dedi. İlham Əliyev futbolu çox sevir. İstəyir ki, Azərbaycan dünya çempionu olsun. Ancaq bunun üçün aşağı yaş qruplarından işə başlamaq lazımdır”.


M. Platini AFFA-ya ayrılan maliyyə dəstəyindən də danışıb. Qitə futbol qurumunun rəhbəri bildirib ki, assosiasiyalar arasında AFFA-dan daha çox maliyyə dəstəyinə ehtiyacı olanlar var: “Bizim üçün fərqi yoxdur. İstər böyük, istər kiçik assosiasiyalara fərq qoymuruq, 54 üzvün hamısına maliyyə dəstəyi veririk”.

Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR