Con Makkeyn altıncı dəfə ABŞ Senatına namizədliyini irəli sürəcək

Con Makkeyn altıncı dəfə ABŞ Senatına namizədliyini irəli sürəcək
# 08 aprel 2015 03:59 (UTC +04:00)

Bakı-APA. Con Makkeyn 2016-cı ildə altıncı dəfə ABŞ Senatına namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Röyters məlumat yayıb.

Məlumata görə, 78 yaşlı Makkeyn gözlənilən etirafı təmsil etdiyi Arizona ştatının Ticarət Sənaye Palatasının iclasında çıxışı zamanı edib.

Qeyd edək ki, C.Makkeyn Senatda Silahlı Qüvvələr üzrə komitəyə rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR