Bodrum Tanıtma Fondu Bakıda nümayəndəlik açır

Bodrum Tanıtma Fondu Bakıda nümayəndəlik açır
# 16 aprel 2015 08:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bodrum Tanıtma Fondu (BOTAV) 2015-ci ildə dünyanın müxtəlif yerlərində ofislərinin açılması istiqamətində iş aparır.

APA-Economics” “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, BOTAV və Bodrum Bələdiyyə sədri Mehmet Kocadon bildirib ki, Moskvadan sonra ikinci tanıtım ofisi yaxın zamanlarda Bakıda açılacaq. Onun sözlərinə görə, Bodrum Tanıtma Fondunun Bakı ofisi iyun ayında fəaliyyətə başlayacaq.

Məlumata görə, BOTAV Azərbaycandan daha çox turistin Bodruma səfər etməsinə çalışacaq. Bu məqsədlə ofis Azərbaycan vətəndaşlarına Bodrumun təbiəti və mədəniyyəti ilə bağlı tədbirlər təşkil edəcək.

BOTAV-ın İdarə Heyətinin sədri Mehmet Kocadon bildirib ki, Rusiya, eləcə də Azərbaycan vətəndaşlarının Bodruma böyük marağı var. Onun sözlərinə görə, digər ölkələrdə də ofisin aşılması ilə Bodrumun iqtisadiyyatını gücləndirmək və turizm fəaliyyətlərini 12 aya çatdırmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR