Nigeriyada silsilə partlayışlar törədilib, azı 30 nəfər ölüb

Nigeriyada silsilə partlayışlar törədilib, azı 30 nəfər ölüb
# 26 fevral 2015 20:16 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, birinci partlayış Kano şəhərində törədilib. Belə ki, terrorçu-kamikadze özünü sərnişinlə dolu avtobusun salonunda partladıb, nəticədə 18 nəfər ölüb. Kanoda polis daha bir partlayışın qarşısını ala bilib, terrorçu müəyyən edilərək məhv edilib. Daha iki partlayış Cos şəhərindəki avtobus parkında törədilib, nəticədə 17 nəfər ölüb. Partlayışların "Boko Haram" terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR