Azərbaycan gömrükçüləri beynəlxalq dərəcəli müəllim statusu alıblar

Azərbaycan gömrükçüləri beynəlxalq dərəcəli müəllim statusu alıblar
# 14 mart 2015 08:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiyanın Sankt-Peterburq şəhərindəki “Smith Heimann Rus” şirkətində “Hi-Scan”, “HITRAX II”, “X-ray” baxış-rentgen texnikasından istifadə edən operatorların təlimi üzrə beynəlxalq instruktorların hazırlanmasına dair kurs keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, həmin kursu uğurla bitirən DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin baş inspektorları Anar Məmmədov və Əmir Əsədov, habelə Naxçıvan MR DGK-nın yoxlama baxış sistemlərinin istismarı şöbəsinin rəisi Əkrəm Məmmədov “Smith Heimann” şirkətinin sözügedən sistemlərin təlimi üzrə beynəlxalq dərəcəli müəllim (trener) statusunu alıblar.

Qeyd edək ki, bu cür kursların keçirilməsi məhdud sayda təşkil olunur və adı çəkilən gömrük əməkdaşları beynəlxalq sertifikatla təmin olunublar. Kursun nəticəsi üzrə vacib məsələlərdən biri – DGK tərəfindən istismarda olan “Heimann” markalı “Hİ-Scan” baxış rentgen texnikasında çalışan əməkdaşlar üçün yaxın müddət ərzində operator kurslarının təşkil edilməsi və kurs proqramı üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin beynəlxalq sertifikatla təmin edilməsi və bununla da sözügedən sistemlərin istismarına dair rəsmi icazənin əldə edilməsi olub. Bundan başqa, kurs zamanı Azərbaycan gömrük əməkdaşları Rusiya Gömrük Akademiyasının rəis müavini, Akademiyanın Sankt-Peterburq filialının direktoru Aleksandr Myaçin ilə görüşüblər.

Görüş zamanı Azərbaycanın gömrük orqanlarında yeni müasir tipli yoxlama sistemlərinin və baxış-rentgen texnikasının əldə edilməsi və istismarı, habelə bu sahədə əldə edilmiş təcrübənin perspek­tiv aspektləri barədə məlumat mübadiləsi aparılıb. Rusiya tərəfi bu sahədə Azərbaycan gömrük xidmətinə hər cür köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR