Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,6% yüksəlib
# 26 aprel 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 14 701 bəndədək, S&P 500 0,4% - 1 585 bəndədək, Nasdaq 0,6% - 3 290 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əmək bazarı barədə müsbət statistika təsir edib.

Avropa fond bazarlarında aprelin 25-də FTSE 100 indeksi 0,2% - 6 443 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 833 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 3 841 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 475,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3033 (+0,2%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR