Dənizdə 2 nəfər köməksiz qalmış şəxs xilas edilib

Dənizdə 2 nəfər köməksiz qalmış şəxs xilas edilib
# 27 avqust 2014 18:18 (UTC +04:00)

Bakı – APA. Bu gün dənizdə 2 nəfər köməksiz qalmış şəxs xilas edilib

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Abşeron rayonunda, dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən, 1000 m məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər skuterin yanacağının qurtarması səbəbindən köməksiz vəziyyətdə qalıb.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar. Əməliyyat saat 18:50-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR