İran parlamenti Əsədullah Abbasini əmək, kooperasiya və sosial müdafiə naziri vəzifəsinə təsdiqləyib

İran parlamenti Əsədullah Abbasini əmək, kooperasiya və sosial müdafiə naziri vəzifəsinə təsdiqləyib
# 05 may 2013 15:56 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün İran parlamenti Əsədullah Abbasini əmək, kooperasiya və sosial müdafiə naziri vəzifəsinə təsdiqləyib.

APA-nın məlumatına görə, yığıncaqda İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. Səsvermə prosesi zamanı 200 deputat Ə. Abbasinin lehinə, 40 nəfər isə əleyhinə səs verib, 12 millət vəkili məsələyə bitərəf qalıb.

Qeyd edək ki, İranın əmək, kooperasiya və sosial müdafiə naziri Əbdülrza Şeyxülislami bu il fevralın 3-də ölkə parlamentdə hesabat verib. Onun hesabatı ölkənin qanunlarına laqeyd münasibət göstərilməsi, Tehranın sabiq prokuroru Səid Murtəzəvinin Sosial Təminat İdarəsinə sədr təyin olunması və vəzifəsindən azad edilməsi məsələsində qanunazidd hərəkətlərə yol verilməsi və sairlə bağlı olub.

Yığıncağın sonunda Ə. Şeyxülislaminin əmək, kooperasiya və sosial müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsi səsə qoyulub. Səsvermədə iştirak edən 272 parlamentardan 192 nəfəri qərarın lehinə, 56 nəfəri isə əleyhinə səs verib, 24 nəfər isə məsələyə bitərəf qalıb. Bununla da İran parlamenti böyük səs çoxluğu ilə əmək, kooperasiya və sosial müdafiə nazirini impiçment edib. İran prezidenti isə ölkə konstitusiyasının 135-ci maddəsini rəhbər tutaraq, Ə. Abbasini əmək, kooperasiya və sosial müdafiə təyin edib. O bundan əvvəl əmək, kooperasiya və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR