Bank Of Baku

“Qalatasaray”ın prezidenti qəzaya düşüb

“Qalatasaray”ın prezidenti qəzaya düşüb
# 30 aprel 2018 15:56 (UTC +04:00)

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Superliqanın XXXI turunda “Beşiktaş” üzərində qələbənin sevincini doyunca yaşaya bilməyib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəhbəri qəzaya uğrayıb.

 

Hadisə dünən gecə qarşılaşmadan sonra baş verib. Belə ki, evinə qayıdarkən Cengizin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisənin təfərrüatları açıqlanmasa da, heç kimin ciddi xəsarət almadığı vurğulanıb.

 

Qeyd edək ki, “Qalatasaray” “Beşiktaş” üzərində 2:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR