Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-Pri yarışları və Sabunçu yol qovşağından, Böyükşor yol qovşağınadək olan hissəsində aparılan yol təmir işləri ilə əlaqədar olaraq H1 Express Hava limanı xətti istiqamətində hərəkət edən avtobusların hərəkət istiqaməti dəyişdirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.
“H1 Express Hava limanı xətti istiqamətində hərəkət edən avtobuslar müvəqqəti olaraq 28 May metro stansiyasından D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Neftçilər prospekti, Nobel prospekti, Zığ yolu, Zığ beton yolu ilə və Hava Limanına və əks istiqamətdə Zığ beton yolu, Zığ yolu, Nobel prospekti, Xocalı prospekti. (Ş.İ.Xətai metro stansiyası), Y.Səfərov küçəsi 28 May metro stansiyası istiqaməti üzrə hərəkət edir”, - deyə məlumatda vurğulanıb.