"Unibank" prossesinq mərkəzi yaradıb

"Unibank" prossesinq mərkəzi yaradıb
# 28 sentyabr 2015 10:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Hazırda "Unibank"ın kartlarının sayı 515 minə yaxındır. Bank kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz “Kart Prossesinq Mərkəzi”ni yaradıb.

Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.

"Unibank" kartına sahib olanlar, qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Mərkəzin fəaliyyətə başlaması ilə kart sahiblərinə xidmətdə ciddi yeniliklər vəd edən Unibank "Kart Prossesinq Mərkəzi"ni yaradılmasına 1 milyon ABŞ dolları sərmayə qoyulub", - deyə bankdan bildirilib.

Bankın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, bank kartlarının "Unibank"ın öz “Prosessinq Mərkəz”i tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək: “Prossesinq mərkəzimiz "Unibank"ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək. Əminəm ki, bankımızın müştəriləri tezliklə bu yeniliklərin şahidi olacaq və üstün xidmətlərimizdən faydalanacaqlar".

Ölkənin qabaqcıl banklarından biri olan "Unibank"ın maliyyə bazarında rolu dəfələrlə bir çox beynəlxalq maliyyə institutları və KİV tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker" jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, "Unibank"ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. "Unibank" həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb.

Hazırda baş ofis də daxil olmaqla, "Unibank" 40 filialı ilə müştərilərin xidmətindədir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR